Bakı məktəblərində “Azərbaycan tarixi aylığı” elan olunub

Bakı məktəblərində “Azərbaycan tarixi aylığı” elan olunub
# 23 noyabr 2012 07:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ)26 noyabr tarixindən - 25 dekabr tarixinədək tabeliyində olan ümumtəhsil məktəblərində “Azərbaycan tarixi aylığı” elan edib. BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan tarixi aylığı ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin, şagirdlərin, dərnək rəhbərlərinin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, eləcə də hər bir fənn üzrə sinifdənxaric tədbirlərin təşkili məqsədilə təşkil olunur. “Tariximiz - dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı aylığın yüksək səviyyədə təşkili, məktəblər üzrə fəaliyyətin koordinasiya edilməsi, aylığın yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Aylıqda BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri və VII - XI sinif şagirdləri iştirak edə bilər. Aylıq 3 mərhələdə keçirilir. Aylığın yekun tədbirində qaliblər mükafatlandırılacaq. Hər nominasiya üzrə 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli, 3 (üç) III dərəcəli diplom veriləcək. Ayrı - ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəlliflərinə həvəsləndirici diplom veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR