İlk 11 ayda Ceyhan limanından neft ixracı 13% azalıb

İlk 11 ayda Ceyhan limanından neft ixracı 13% azalıb
# 04 dekabr 2012 15:45 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin noyabr ayında Novorossiysk limanından 174 min 287 ton, Supsa limanından 242 min 319 ton, Çeyhan limanından 1 mln. 461 min 109 ton xam neft ixrac edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 mln. 833 min 61 ton, Supsa limanından 2 mln. 580 min 759 ton, Ceyhan limanından isə 18 mln. 552 min 199 ton xam neft ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Novorossiysk limanından ixrac olunan neftin həcmi dəyişməyib, Supsa limanından ixrac 29% artıb, Ceyhan limanından ixracın həcmi isə 13% azalıb.

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-a məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR