Misirdə qatarla avtobusun toqquşması nəticəsində 47 məktəbli həlak olub

Misirdə qatarla avtobusun toqquşması nəticəsində 47 məktəbli həlak olub
# 17 noyabr 2012 10:51 (UTC +04:00)

Bakı – APA. Misirdə qatarla avtobusun toqquşması nəticəsində 47 məktəbli həlak olub. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, Asyut əyalətinin qubernatoru 13 yaralı məktəblinin həyatına təhlükə olmadığını bildirib.

Olay əyalətin Manfalut şəhərindəki dəmiryol keçidində baş verib. Yerli xəstəxananın həkimi Məhəmməd Samir şahidlərin sözlərinə əsasən bildirib ki, hadisə baş verən anda dəmiryol keçidi açıq olub. Onun sözlərinə görə, 4 uşaq və 2 qadının xəsarətləri daha ciddidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR