Siyəzəndə iki yük maşını toqquşub

Siyəzəndə iki yük maşını toqquşub
# 26 noyabr 2012 06:32 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 87-ci km-də, magistralın Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, Xırdalan şəhər sakini, 36 yaşlı Elsevər Bünyadovun idarə etdiyi 90 JU 380 dövlət nömrə nişanlı yük avtomobili Quba istiqamətində hərəkətdə olarkən yolun kənarında dayanan 90 JE 809 qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində E. Bünyadov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, E. Bünyatovun həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR