Göyçayda iki minik avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb

Göyçayda iki minik avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb
# 12 noyabr 2012 09:18 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay-Ucar yolunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yolun 2-ci kilometrliyində, Göyçayın Potu kəndi ərazisində qeydə alınıb. Göyçay sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Fuad Şaiq oğluna məxsus 15-BA-584 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Telman Oqtay oğlunun idarə etdiyi 61-BE-107 dövlət nömrə nişanlı “VAZ 2107” avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ 2106”nin sərnişini, 1984-cü il təvəllüdlü Musayev Hüseyn Şərafəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR