ABŞ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən təmsilçisini dəyişdirə bilər

ABŞ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən təmsilçisini dəyişdirə bilər
# 22 dekabr 2012 03:03 (UTC +04:00)

Bakı-APA. ATƏT-in Minsk Qrupunda Amerika Birləşmiş Ştatları təmsil edən həmsədr dəyişdirilə bilər. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, hazırkı həmsədr Robert Bradtkenin yaxın vaxtlarda tutduğu vəzifəni tərk edəcəyi gözlənilir. Amerikalı həmsədrin ABŞ-ın xaricdəki diplomatik missiyalarından birinə rəhbər təyin olunacağı, yaxud Dövlət Departamentindən yüksək vəzifə alacağı ehtimal edilir. Erməni mənbələri Minsk Qrupunun həmsədri postunda Robert Bradtkeni kimin əvəzləyəcəyinin hələlik məlum olmadığını bildirir.

Qeyd edək ki, Robert Bradtke ATƏT Minsk Qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub. O bu postda Metyu Brayzanı əvəz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR