Azərbaycanın Lixtenşteyndəki səfiri etimadnaməsini bu ölkənin vəliəhd şahzadəsinə təqdim edib

Azərbaycanın Lixtenşteyndəki səfiri etimadnaməsini bu ölkənin vəliəhd şahzadəsinə təqdim edib
# 19 noyabr 2012 14:17 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Lixtenşteyn Knyazlığında yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı etimadnaməsini Lixtenşteynin vəliəhd şahzadəsi Əlahəzrət Aloisə təqdim edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnamənin təqdimetmə mərasimində Lixtenşteynin vəliəhd şahzadəsi ilə apardığı söhbət zamanı səfir Azərbaycan prezidenti cənab İlham Əliyevin Lixtenşteynin hakim şahzadəsi Əlahəzrət II Hans-Adam və bu ölkənin vəliəhd şahzadəsinə ünvanladığı salamları qarşı tərəfin diqqətinə çatdırıbr.

Əlahəzrət Alois göndərilən salamlara görə təşəkkürünü bildirib və öz xoş arzularının prezident İlham Əliyevə çatdırılmasını səfirdən xahiş edib.

Görüşdə həmçinin Azərbaycanla Lixtenşteyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb və hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR