Qazaxıstanda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA

Qazaxıstanda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 08 dekabr 2012 12:49 (UTC +04:00)

Bakı-APA. Qazaxıstanın Aktau şəhərində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş konsulluq tərəfindən təşkil olunan tədbirdə Aktau şəhər akimi (meri) Janbırşin Edil Tekerbayoğlu, İran İslam Respublikasının Aktau şəhərindəki Baş konsulu Seyid Əlireza Murtazavi, Manqistau vilayətində fəaliyyət göstərən milli mədəni mərkəzlərin rəhbərləri, vilayət Ağsaqqallar şurasının üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) rəhbərliyi və üzvlər, azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, ictimaiyyət nümayəndələri, yerli və mərkəzi kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasim keçirilən zalda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş foto sərgi və Heydər Əliyev haqqında nəşr olunmuş kitablar nümayişi təşkil olunub. Tədbirin əvvəlində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb.

Aktau şəhər akimi (meri) Janbırşin Edil Tekerbayoğlu çıxışında Heydər Əliyevin dünya səviyyəsində tanınan bir siyasətçi olduğunu qeyd edərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolundan danışıb.

Daha sonra Manqistau vilayət Ağsaqqallar şurasının sədri, Qazaxıstanın tanınmış elm və ictimaiyyət xadimi Omurzak Ozqanbayev, Heydər Əliyev ilə görüşlərindən və bu görüşlərdə aldığı təəssüratlarını bölüşüb.

Tədbirdə, həmçinin Qazaxıstan Jurnalistlər İttifaqının üzvü Natalya Zadereskaya, azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədr müavini, həkim Vaqif Nəqiyev, Aktau şəhərinin fəxri sakini Cəmil Həbibov və başqaları çıxış ediblər.

Çıxışlardan sonra, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR