Elşad Abdullayev yeni videogörüntü yayıb

Elşad Abdullayev yeni videogörüntü yayıb
# 13 dekabr 2012 17:18 (UTC +04:00)

Bakı - APA. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yeni videogörüntü yayıb.

APA-nın “Yeni Müsavat” qəzetinə istinadən verdiyi məlumata görə, yeni görüntülərdə onun Sevinc Babayeva ilə söhbəti əks olunur, danışıqlarda çoxlu ad çəkilir.

Bu videomateriallarda da E. Abdullayevin apardığı mandat bazarlığının təfərrüatları açılır. Söhbətdən belə məlum olur ki, bu danışıq parlament seçkilərindən bir gün əvvəl aparılıb.

Qarşı tərəf rektora heç nədən narahat olmamağı, sabah mütləq deputat seçildiyinin elan ediləcəyini bildirir. O, G. Əhmədovanın İqbal Ağazadə vasitəsilə həmin dairədən müxalifətin namizədi olan Arzu Səmədbəylini pul qarşılığında razı salacağını da vurğulayır.

S. Babayeva G. Əhmədovanın 6 aya Dövlət Sosial Müdafiə Fondunun sədri olmağa hazırlaşdığını da deyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR