Sudanda sülhməramlı hərbçi 3 əsgər yoldaşını qətlə yetirib

Sudanda sülhməramlı hərbçi 3 əsgər yoldaşını qətlə yetirib
# 22 dekabr 2012 03:53 (UTC +04:00)

Bakı-APA. Afrika Birliyi və BMT-nin birgə missiyasının sülhməramlısı Sudanın Darfur regionunda hərbçi yoldaşlarını atəşə tutub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, sülhməramlı hərbçi 3 əsgər yoldaşını güllələyərək, sonda özünü qətlə yetirib. Hadisə nəticəsində daha 1 nəfər yaralanıb.

Missiya nümayəndəsi həlak olanların vətəndaşlığını açıqlamayaraq, istintaq aparıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR