Elman Rüstəmov: «Azərbaycan uçot dərəcəsini daha da azalda bilər»

Elman Rüstəmov: «Azərbaycan uçot dərəcəsini daha da azalda bilər»
# 12 dekabr 2012 10:22 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

«Bu il Azərbaycanda inflyasiya səviyyəsi həddən artıq aşağıdır. Uçot dərəcəsi məhz inflyasiyaya bağlı bir rəqəm olduğuna görə, uzunmüddətli inflyasiya trendini nəzərə alaraq Mərkəzi Bank uçot dərəcəsinin korrektəsi barədə qərar qəbul edib», - deyə E.Rüstəmov bildirib.

AMB sədri qeyd edib ki, hazırda ölkədəki kommersiya banklarında kredit və depozitlər üzrə faiz dərəcələrinin də aşağı enməsi müşahidə olunur və bu, inflyasiya trendi ilə bağlıdır. E.Rüstəmov bildirib ki, inflyasiya trendi davam edəcəyi təqdirdə, uçot dərəcəsinin azaldılması ilə bağlı gələn il yenə də qərar qəbul oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR