ABŞ Senatı İrana qarşı yeni sanksiyaların qəbul edilməsini təsdiqləyib

ABŞ Senatı İrana qarşı yeni sanksiyaların qəbul edilməsini təsdiqləyib
# 30 noyabr 2012 22:56 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ Senatında İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi yekdilliklə qəbul edilib. APA-nın məlumatına görə, 94 senatorun lehinə səs verdiyi layihənin əleyhinə səs verən olmayıb. İrandan neft idxalını tamamilə qadağan edəcək yeni sanksiyalar, həmçinin limanlara gəmiqayırma sənayesinə də şamil olunacaq. Senat tərəfindən təsdiq edilən layihə ABŞ-ın ilik qanun layihələrinə əlavə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR