Masallı sakini ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Masallı sakini ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb
# 21 dekabr 2012 10:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Masallı rayon sakini özünü güllə ilə vurub. Bu barədə APA-ya Yardımlı Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə dekabrın 20-də Yardımlı rayonunun Ləzir kəndindəki meşə zolağında qeydə alınıb. Masallı rayon sakini Şahin Talıbov ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR