Vitali Kliçko: “Mənim yumruğum nüvə silahıdır” - FOTO

Vitali Kliçko: “Mənim yumruğum nüvə silahıdır” - <span style="color: red;">FOTO
# 13 dekabr 2012 11:35 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, V. Kliçko deyib ki, müxalifət tərəfindən parlament tribunasının mühasirədə saxlanılmasını dəstəkləsə də, şəxsən özü bu qarşıdurmada iştirak etməyəcək: “Mən Kliçkonun hücuma keçməsini istəyən insanların arzusunu başa düşürəm. Lakin xatırlatmaq istərdim ki, məsələn, Amerikada boksçunun yumruqları silaha, boks üzrə dünya çempionunun yumruqları isə nüvə silahına bərabər sayılır. Biz bu silahdan istifadə etməyəcəyik. Hələlik”.

V. Kliçko bildirib ki, səsvermə zamanı hər deputat özü ayrıca səs verməlidir: “Heç kim qanunu pozmamalıdır. Lakin biz yenə görürük ki, kimlərsə oğrun-oğrun iclasda olmayan yoldaşlarının yerinə səs verir. Bununla barışmaq olmaz”.

Qeyd edək ki, V. Kliçko WBO, WBS versiyaları və “The Ring” jurnalının versiyası üzrə 7 dəfə dünya çempionu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR