FHN Biləcəridə baş verən partlayışla bağlı rəsmi məlumat yayıb

FHN Biləcəridə baş verən partlayışla bağlı rəsmi məlumat yayıb
# 07 dekabr 2012 12:29 (UTC +04:00)

APA-nın FHN-nin rəsmi saytına əsasən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb.

Müəyyən olunub ki, partlayış nəticəsində yanğın olmayıb, sex və ona bitişik tikili zədələnib.

İlkin məlumata əsasən, 3 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR