«Azərbaycan Dəmir Yolları»nın yeni veb-saytı təqdim olunub

«Azərbaycan Dəmir Yolları»nın yeni veb-saytı təqdim olunub
# 07 dekabr 2012 09:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün «Azərbaycan Dəmir Yolları» QSC-nin yeniləşmiş internet saytı (www.railway.gov.az) ictimaiyyətə təqdim olunub. «APA-Economics»in məlumatına görə, tədbirdə QSC-nin sədr müavini Qurban Nəzirov bildirib ki, elektron xidmətlərin genişləndirilməsi və istehlakçılar ilə internet əlaqənin yaradılması ilə bağlı ölkədə qəbul edilmiş qərarlara uyğun olaraq «Azərbaycan Dəmir Yolları» QSC-nin də internet səhifəsi müasir standartlara uyğun olaraq təkmilləşdirilib.

QSC-nin Məlumat Hesablama Mərkəzinin kommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəisi Əfqan Məmmədov bildirib ki, indi saytda «Ana səhifə», «Haqqımızda», «Rəhbərlik», «Struktur», «Departamentlər», «Tariximiz», «Sərnişinlər üçün», «Yük daşıma tarifləri», «Media» («Xəbərlər», «Foto-arxiv», «Video-qalereya»), «Hərəkət cədvəli», «Tariflər», «Hüquqi sənədlər», «Normativ sənədlər», «Dəmiryolçu»-şəhidlər», «Həmkarlar ittifaqı», «Qan yaddaşımız», «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi», «Mətbuat orqanları» və digər bölmələr yaradılıb.

Saytdan istifadə edən sərnişinlərin işini asanlaşdırmaq üçün burada «Qatarların hərəkət cədvəlləri», «Qatarların hərəkət sxemi» bölmələrində sərnişin qatarlarının hərəkət qrafiki haqqında da məlumatlar var.

Ötən il noyabrın 21-dən Azərbaycanda ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına biletlərin internet şəbəkəsi vasitəsilə, onlayn rejimdə satışına start verilib və vətəndaşlar saytın «Onlayn bilet satışı» bölməsinə daxil olmaqla internet vasitəsilə bilet ala bilərlər. Eyni zamanda, 2012-ci il martın 1-dən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış POS-terminallar vasitəsilə nağdsız ödənişi tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR