Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayıb
# 28 noyabr 2012 11:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Vaqif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi isə dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, V. İsmayılov vəkil kimi fəaliyyət göstərib. O, vətəndaşların etibarından istifadə edərək, əmlaklarını mənimsəyib.

V. İsmayılov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR