Milli Məclisin deputatları Rumıniyada keçirilən parlament seçkilərini müşahidə ediblər - FOTO

Milli Məclisin deputatları Rumıniyada keçirilən parlament seçkilərini müşahidə ediblər   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 12:04 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Milli Məclisin deputatları Azay Quliyev və Eldar İbrahimov dekabrın 9-da Rumıniyada keçirilən parlament seçkilərini müşahidə ediblər.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin Azərbaycan – Rumıniya parlamentlərarası İşçi Qrupunun sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlament seçkilərini müşahidə etmək məqsədilə Rumıniyada səfərdə olublar. Səfərin ilk günündə millət vəkilləri Buxarest şəhərindəki Tey Parkı – Heydər Əliyev xiyabanını ziyarət edib, daha sonra Azərbaycan nümayəndə heyəti seçkiləri izləyəcək ATƏT ölkələrinin parlament üzvləri üçün təşkil olunan seçki öncəsi brifinqdə iştirak ediblər.

Seçki millət vəkilləri Buxarestin 1-ci sektor bələdiyyəsində seçki məntəqələrini gəzib, seçkilərin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğunluğunu yoxlayıb, məntəqələrdəki komissiya üzvləri ilə fikir mübadiləsi aparıb, seçici fəallığını və ümumilikdə prosesin gedişatını yaxından izləyiblər. Növbəti gün – dekabrın 10-da Azərbaycan millət vəkilləri seçki prosesinin yekunlarına həsr olunmuş ATƏT Parlament Assambleyasının nümayəndələrinin iclasında iştirak edərək öz müşahidələrini açıqlayıblar.

Səfər zamanı millət vəkilləri Azərbaycanın Rumıniyadakı səfirliyində və baş qərargahı Buxarest şəhərində yerləşən Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq Fondda sözügedən qurumun ekspertləri ilə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR