Taqanroqda tikilməkdə olan binanın uçduğu yerdə xilasetmə işləri başa çatdırılıb

Taqanroqda tikilməkdə olan binanın uçduğu yerdə xilasetmə işləri başa çatdırılıb
# 14 dekabr 2012 06:58 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Taqanroq şəhərində tikilməkdə olan dördmərtəbəli binanın uçduğu yerdə xilasetmə işləri başa çatdırılıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiya Fövqəladə hallar Nazirliyindən bildirilib ki, binanın uçması nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Şəhərin hakimiyyət orqanları həlak olanların ailələrinə 100 min rubl, xəsarət alanlara isə 50-100 min rubl kompensasiya ödəniləcəyini vəd edib. Həlak olanların dəfni də dövlət hesabına həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən binanın üçmərtəbəli olması nəzərdə tutulsa da, inşaatçılar dördüncü mərtəbəni tikirmiş. Hadisə də elə bu zaman baş verib. Faktla bağlı ciayət işi açılıb. Günahkarları 7 ilədək həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR