«Nar Mobile» satışa ödəmə kartlarını çıxarıb

«Nar Mobile» satışa ödəmə kartlarını çıxarıb
# 22 noyabr 2012 14:43 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət markası) balansı artırmaq üçün 2, 5, 10, 20 və 50 manat nominal dəyərində ödəniş kartlarını satışa çıxarır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan nominallar üzrə ödəniş kartlarının başqa və ya süni artırılmış qiymət ilə satışı qəti qadağandır və qanunsuzdur.

«Nar» ödəmə kartlarını «Nar Dünyası» satış və xidmət mərkəzlərində, diler dükanlarında və ya digər ticarət məntəqələrində əldə etmək mümkündür.

Bundan başqa, «Nar Mobile» abunəçiləri balanslarını bank və ya bank filialları, ATM-lər, poçt və «Paypoint» köşkləri, həmçinin internet vasitəsilə də («GoldenPay» və «Azericard») ödəyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR