«Boeing» təyyarə satışına görə «Airbus»u qabaqlayıb

«Boeing» təyyarə satışına görə «Airbus»u qabaqlayıb
# 12 noyabr 2012 13:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Boeing» Korporasiyası 2006-cı ildən etibarən ilk dəfə olaraq təyyarə istehsalı ilə məşğul olan dünyanın digər nəhəngi - Almaniyanın «Airbus» şirkətini təyyarə satışına görə qabaqlayıb.

«APA-Economics»in məlumatına görə, Küveytin «Alafco» lizinq şirkəti noyabr ayında 20 ədəd «Boeing 737 MAX» təyyarəsi sifariş edib. Bununla da 2012-ci ildə «Boeing»a daxil olmuş sifarişlərin sayı 1 029-a çatıb. Təyyarələrin satışına görə, «Boeing» Korporasiyası «Airbus»u kifayət qədər qabaqlayır. Bu da son 6 il ərzində ilk dəfə baş verir. Cari ilin sentyabrın 30-dək «Airbus» cəmi 382 ədəd təyyarənin istehsalına dair sifariş alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR