Ayətullah Xamneyi İran prezidentinin parlamentə çağırılmasına qarşı çıxıb

Ayətullah Xamneyi İran prezidentinin parlamentə çağırılmasına qarşı çıxıb
# 21 noyabr 2012 13:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri, Ayətullah Əli Xamneyi prezident Mahmud Əhmədinejadın ölkə parlamentinə çağırılmasına münasibət bildirib. APA-nın İSNA-ya istinadən məlumatına görə, Ayətullah Xamneyi millət vəkillərini irəli sürdükləri təşəbbüsdən imtina etməyə çağırıb: “İndiyədək layihəni parlamentin məsuliyyəti kimi qiymətləndirmişəm və dəstəkləmişəm. Ancaq hazırda ölkə prezidentinin bir sıra məsələlərlə bağlı izahat vermək üçün parlamentdə dindirilməsi yalnız düşmənlərimizin maraqlarına uyğun olar. Ona görə də deputatlara layihədən imtina etməyi tövsiyə edirəm”.

Qeyd edək ki, noyabrın 4-də prezident M. Əhmədinejadın ölkə parlamentində dindirilməsi ilə bağlı qərar qəbul olunub. Buna 77 millət vəkilinin topladığı imza səbəb olub. Millət vəkilləri M.Əhmədinejada əsasən İranın milli valyutası olan rialın devalvasiyası, valyuta bazarındakı gərginlik, buğda və avtomobil idxalı və s. problemlərlə bağlı suallar ünvanlayacaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR