Bank Of Baku

IV Şuşa Qlobal Media Forumu: Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti ilə bağlı sessiya keçirilib - FOTO

IV Şuşa Qlobal Media Forumu: Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti ilə bağlı sessiya keçirilib - FOTO
# 13 iyul 2026 17:13 (UTC +04:00)

IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyası keçirilib.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, sessiyada Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov rəqəmsal platformaların təhlükəsizliyi və bu sahədə hazırlanmaqda olan qanun layihəsi barədə danışıb.

Dharana Digital şirkətinin direktoru, süni intellekt və sosial media üzrə ekspert Karen Sutherland süni intellektin yaratdığı risklər və rəqəmsal savadlılığın əhəmiyyətindən bəhs edib.

"TikTok"un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan platformada təhlükəsizlik siyasəti və məzmunun moderasiyası barədə məlumat verib.

LinkedIn şirkətinin ictimai sektor, səhiyyə və qeyri-kommersiya satışları üzrə rəhbəri Seamus Clancy isə istifadəçi məlumatlarının qorunması və rəqəmsal savadlılığın artırılmasının vacibliyini vurğulayıb.

Panel sessiyası sual-cavab formatında davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR