Qafqaz Tarixi Mərkəzi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Qafqaz Tarixi Mərkəzi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
# 03 aprel 2017 09:14 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquqlar və İnsan Hüququ İnstitutunun baş elmi əməkdaşı, Qafqaz Tarixi Mərkəzinin direktoru, YUNESKO-nun dosenti Rizvan Hüseynov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yeganə düz yol hesab edirəm. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd edərək, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə bildirirəm. Bu səbəbdən rəhbərlik etdiyim Qafqaz Tarixi Mərkəzi adından, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR