Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,2% yüksəlib
# 12 dekabr 2012 06:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 13 248 bəndədək, S&P 500 0,7% - 1 428 bəndədək, Nasdaq 1,2% - 3 022 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına makroiqtisadi statistika təsir edib. Belə ki, büdcə kəsiri oktyabr ayında 42,2 mlrd. dollara bərabər olub ki, bu da proqnozlardan 0,4 mlrd. dollar az olub. Bundan başqa anbarlarda məhsul ehtiyatları oktyabrda sentyabrla müqayisədə 0,6% artıb ki, bu da proqnozlardan 0,2 faiz bəndi çox olub. Bu artımı ekspertlər istehsalın artması əlaməti kimi qiymətləndiriblər.

Avropa fond bazarlarında dekabrın 11-də FTSE 100 indeksi 0,1% - 5 925 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 590 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3 646 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 711,8 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3002 (+0,4%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR