Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
# 12 dekabr 2012 07:13 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.


Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibdilər.

Bu gün hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət edirlər.

Qeyd edək ki, səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, mərhumun xatirəsini ehtiramla yad edirlər.

Bu gün Heydər Əliyevin vəfatından 9 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR