Azərbaycanın Maldivdəkı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib - FOTO

Azərbaycanın Maldivdəkı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib   - <span style="color: red;">FOTO
# 13 dekabr 2012 14:12 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Maldiv Respublikasındakı səfiri İbrahim Hacıyev etimadnaməsini bu ölkənin prezidenti Mohamed Vahidə təqdim edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir İbrahim Hacıyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını prezident Mohamed Vahidə çatdırıb.

Prezident Mohamed Vahid Azərbaycan prezidenti İlham Əliyevə salam və xoş arzularını çatdırmağı xahiş edib. Həmçinin Maldiv prezidenti Azərbaycan prezidentinin ölkəsinə səfər etməsi arzusunu bildirib və özünün də Azərbaycana səfər etmək, beynəlxalq tədbirlər çərçivəsində prezident İlham Əliyevlə görüşmək niyyətini ifadə edib. Görüşdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

Görüş zamanı səfir İbrahim Hacıyev Maldiv prezidentinə Ermənistan-Azərbaycan münaqişəsi haqda ətraflı məlumat verib və münaqişəni regionda davamlı stabilliyin təmin olunmasında başlıca maneə kimi göstərib.

Cari ilin 10 dekabr tarixində səfir İbrahim Hacıyev həmçinin Maldiv xarici işlər naziri Abdul Samad Abdullahla görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR