Misirdə keçirilən referendumun vaxtı 4 saat uzadılıb

Misirdə keçirilən referendumun vaxtı 4 saat uzadılıb
# 22 dekabr 2012 15:21 (UTC +04:00)

Bakı – APA. Misirin Ali Seçki Komissiyası bu gün yeni Konstitusiya ilə bağlı ölkədə keçirilən referendumun ikinci mərhələsinin vaxtının 4 saat (Bakı vaxtı ilə saat 23:00-dək) uzadılmasına dair qərar qəbul edib.

APA-nın məlumatına görə, bir həftə öncə keçirilən referendumun birinci raundu zamanı da səsvermənin vaxtı uzadılıb. Bu, səsverməyə gələn vətəndaşların seçki məntəqələrində müşahidə olunan uzun növbələri ilə bağlıdır.

Qeyd edək ki, yeni Konstitusiya ilə bağlı referendum iki mərhələdə keçirilir. İkinci turda 6,5 mindən artıq seçki məntəqəsinə 25,5 mln. misirlinin gələcəyi gözlənilir. Səsvermə prosesini 7,3 min nəfər müşahidə edir.

İlkin məlumatlara görə, birinci mərhələnin yekununda yeni sənədin lehinə 57%, əleyhinə 43%-i səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR