Allahşükür Paşazadə Qazaxıstana gedir

Allahşükür Paşazadə Qazaxıstana gedir
# 09 iyun 2015 09:58 (UTC +04:00)

QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 10-11 iyun tarixlərində Astanada keçiriləcək Dünya və ənənəvi dini liderlərin V Qurultayında iştirak etməkdir.

Qurultayın budəfəki mövzusu “Dini liderlərin və siyasi xadimlərin sülh və tərəqqi naminə dialoqu”dur. Əvvəlki qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Allahşükür Paşazadə qurultayda da məruzə ilə çıxış edəcək. Onun bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR