Azərbaycan prezidenti ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib

Azərbaycan prezidenti ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
# 10 iyun 2016 16:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.


"APA-Economics" xəbər verir ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının gəlirləri 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiqlənib.


Sərəncama əsasən, 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR