Bakıda Gənclər təşkilatlarının IV Respublika sərgisi keçirilir

Bakıda Gənclər təşkilatlarının IV Respublika sərgisi keçirilir
# 28 noyabr 2012 11:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bu gün cəmiyyətin inkişafında və gedən proseslərdə yaxından iştirak edirlər. Ölkədəki gənclər təşkilatlarının fəaliyyəti digər qeyri-hökumət təşkilatlarının da fəaliyyətinə nümunə ola bilər”. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən Gənclər təşkilatlarının IV Respublika sərgisinin açılışında çıxışı zamanı deyib. O bildirib ki, sərgidə gənclərin müxtəlif sosial qruplarının nümayəndələrini birləşdirən 76 gənclər təşkilatının iştirak etməsi də onların geniş fəaliyyətindən xəbər verir. Nazirin sözlərinə görə, onlar Gənclər təşkilatlarının IV Respublika sərgisində iştirak etməklə, təşkilatlar özlərini təqdim etmək, öz nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək, həmçinin fəaliyyətlərinin sonrakı inkişafı üçün ticarət strukturları və iri şirkətlərin timsalında dəstək tapmaq kimi gözəl şans əldə edəcəklər.

Qeyd edək ki, tədbir “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək və üç gün davam etdikdən sonra öz işini noyabr ayının 30-da başa çatdıracaq. Sərginin təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Iteca Caspian” MMC-dir. Sərginin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər haqqında ictimaiyyətə məlumat vermək və gəncləri ictimai fəaliyyətə cəlb etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR