Bakıda axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub
# 07 dekabr 2012 09:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail İbrahimov tutulub.

Daha bir axtarışda olan şəxs isə Xətai rayonunda tutulub. Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar - Pərviz Məmmədov və Mətləb Gülüşov tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR