Hakerlər Beynəlxalq Atom Enerjisi Agentliyinin kompüter şəbəkəsini «sındırıb»

Hakerlər Beynəlxalq Atom Enerjisi Agentliyinin kompüter şəbəkəsini «sındırıb»
# 28 noyabr 2012 07:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Hakerlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) kompüter şəbəkəsini «sındıraraq», bu təşkilatla əməkdaşlıq edən 100-dən artıq mütəxəssisin məlumatlarını açıq girişdə yerləşdirib.

«APA-Economics»in «Associated Press»ə istinadən verdiyi məlumata görə, BAEA ələ keçirilmiş informasiyanın dərc edilməsindən təəssüflənir və məlumat sızmasının qarşısını almaq üçün əlindən gələni edir.


Agentliyin kompüter şəbəkəsinin «sındırılmasına» görə məsuliyyəti «Parastoo» adlı (fars dilində «qaranquş» deməkdir, həmçinin İranda məşhur qadın adıdır) haker qrupu öz üzərinə götürüb. Onların saytların birində yerləşdirdiyi yazıda bildirilib ki, haker qrupu İsrailin nüvə proqramına qarşı çıxır. Hakerlər məlumatları ələ keçirilmiş və dərc edilmiş MAQATE ekspertlərini İsrailin nüvə proqramının açıq şəkildə araşdırılması tələbi ilə müraciət imzalamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR