Kəmaləddin Heydərov Kür və Araz daşqınlarından ziyan çəkənlərə ödənilmiş kompensasiyanın həcmini açıqlayıb

Kəmaləddin Heydərov Kür və Araz daşqınlarından ziyan çəkənlərə ödənilmiş kompensasiyanın həcmini açıqlayıb
# 15 dekabr 2012 12:48 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-nin yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, ümumilikdə 2010-cu ilin sentyabr ayından başlayaraq daşqınlardan ziyan dəymiş Sabirabad, Salyan, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Hacıqabul, Neftçala, Beyləqan, Füzuli rayonlarında və Şirvan şəhərində yaşayış sahəsi 419 min kvadrat metr olan 4107 ədəd fərdi yaşayış istifadəyə verilib, 106 evin tikintisi davam etdirilir: “Nəzərdə tutulan 95 sosial obyektdən 90-ı təhvil verilib, o cümlədən 2070 şagird yerlik 8 məktəb binası, 150 yerlik 3 uşaq bağçası, 7 tibb məntəqəsi, 1 kitabxana, 274 yerlik 2 klub, 500 kv. metrlik su hovuzu, 250 kubmetrlik su anbarı və s. obyektlər istifadəyə verilib”.

Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətə məruz qalmış ərazilərdə yaşayan vətəndaşların müraciətləri nəzərə alınaraq, sahə komissiyaları tərəfindən cari ilin mart-may aylarında Sabirabad, Salyan, Kürdəmir Hacıqabul, Saatlı və Neftçala rayonlarında 4109 fərdi yaşayış evinə baxış keçirilib, onlardan 800 evin sökülüb yenidən tikilməsinin, 599 evdə bərpa-gücləndirmə, 1204 evdə təmir işləri aparılmasının məqsədəuyğunluğu müəyyən olunub.

2010-cu ilin iyul ayından 2012-ci ilin oktyabrın 1-dək Kür və Araz çaylarının daşması nəticəsində evlərinə ziyan dəymiş 14 760 ailəyə 18 milyon 517 min manat kompensasiya ödənilib. Bundan əlavə, təbii fəlakət nəticəsində əhalinin mülkiyyətində olan əkin sahələrinə dəymiş ziyana görə 13 178 ailəyə 6 milyon 28 min manat məbləğində kompensasiya ödənilib. Ümumilikdə Kür və Araz çaylarında baş vermiş daşqınlarla əlaqədar ziyan çəkmiş ailələrə 24 milyon 545 min manat kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR