Türkmənistan İrana qaz ixracını dayandırıb

Türkmənistan İrana qaz ixracını dayandırıb
# 14 noyabr 2012 14:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. İran və Türkmənistan qaz satışına dair razılaşma əldə edə bilməyib. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi açıqlama verib. Onun sözlərinə görə, iki ölkə yalnız müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib: “Bu səbəbdən hazırda Türkmənistandan İrana qaz ixracı dayandırılıb. Ancaq iki ölkə arasında yenidən razılıq əldə olunarsa, təbii qazın ixracı bərpa edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR