Azərbaycan yığması dünya reytinqində mövqeyini qoruyub

Azərbaycan yığması dünya reytinqində mövqeyini qoruyub
# 20 noyabr 2012 09:02 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Tailandda keçirilən dünya çempionatının final mərhələsinin nəticələrinin də əksini tapdığı cədvəldə dəyişikliklər olub.

Finalda İspaniyanı məğlub edib dünya çempionu adını qazanan Braziliya yığması dünya reytinqində də ilk pilləyə sahib çıxıb. Cənubi amerikalıların hesabında 1981 xal var.

İspaniyalılar 1974 xalla 2-ci pillə düşübsə, 3-cü olan İtaliya 1791 xalla mövqeyini qoruyub. Azərbaycan yığmasının mundiala yolunu pley-offda kəsən Rusiya isə 1706 xalla 4-cü pillədə qalıb.

Yığmamız 1323 xalla dünyanın 15-ci komandası kimi 1 ay əvvəlki mövqeyini qoruyub. Millimiz mundialda çıxış etməsə də, komandamızı keçən olmayıb. Joze Alesio da Silvanın yetirmələri ötən ili də məhz 15-ci pillədə başa vurmuşdu.

Qeyd edək ki, siyahıda dünyanın 107 yığması yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR