Mixail Ruhle: “NATO enerji təhlükəsizliyi sahəsində rolunu hələ müəyyənləşdirməyib”

Mixail Ruhle: “NATO enerji təhlükəsizliyi sahəsində rolunu hələ müəyyənləşdirməyib”
# 22 noyabr 2012 12:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda “Xəzər hövzəsində enerji təhlükəsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu” mövzusunda keçirilən konfransda NATO-nun Təhlükəsizlik problemləri şöbəsində Enerji təhlükəsizliyi departamentinin müdiri Mixail Ruhle bildirib.

Onun sözlərinə görə, hazırda NATO üçün enerji təhlükəsizliyi təchizat baxımından maraqlıdır, alyans enerji təhlükəsizliyi məsələsinin hərbiləşdirilməsini istəmir.

NATO-nun enerji təhlükəsizliyi prosesində hansı formada iştirakına gəlincə, Alyans nümayəndəsi bildirib ki, NATO bu sahədə kəşfiyyat xarakterli məlumatları bölüşür: “NATO eyni zamanda kritik infrastrukturların mühafizəsi sahəsində qazanılmış təcrübəni bölüşməyə hazırdır. Alyansın təlim və tədris sahəsində böyük təcrübəsi var. Biz bu sahədə gərəkli təlim və treninqləri keçə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR