Xaçmaz RPŞ-nin müvəqqəti saxlanma yerində və Şabrandakı məntəqə tipli cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb

Xaçmaz RPŞ-nin müvəqqəti saxlanma yerində və Şabrandakı məntəqə tipli cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb
# 27 noyabr 2012 08:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Quba, Qusar, Xaçmaz rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama yerlərinə (MSY) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xaçmazda yerləşən 1 saylı, Şabrandakı 3 saylı, habelə Qubadakı 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatı mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olub, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunan şəxslər rəftar və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Müşahidələr nəticəsində Quba, Qusar RPŞ-lərin MSY-ləri, təmir işləri davam etdirilən 1 və 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisələri standartlara cavab verdiyi məlum olub. Eyni zamanda başçəkmə zamanı Xaçmaz RPŞ-nin MSY-nin və Şabrandakı 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin standartlara cavab vermədiyi, bu müəssisələrdə sənədləşdirmə ilə bağlı nöqsanların olduğu müəyyən edilib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr verilib. Ombudsman başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər və Ədliyyə nazirliklərinə məktubla müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR