Özünü FHN əməkdaşı kimi təqdim edərək vətəndaşların 20 min manatını mənimsəyən şəxs tutulub

Özünü FHN əməkdaşı kimi təqdim edərək vətəndaşların 20 min manatını mənimsəyən şəxs tutulub
# 21 noyabr 2012 08:56 (UTC +04:00)

İmişli RPŞ-nin istintaq bölməsinin rəisi Elnur Məmmədovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, İmişli polisi özünü FHN əməkdaşı kimi təqdim edən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Miriyev Mirağa Miri oğlunu saxlayıb.

M.Miriyev Kür daşqınlarından zərər çəkən vətəndaşlardan 2011-2012-ci illərdə dələduzluq yolu ilə 20 min manata qədər pul alıb. Bu zaman o, özünü FHN-in əməkdaşı kimi təqdim edərək onlara ev tikiləcəyini söz verib. Hələlik istintaqa onun tərəfindən aldadılmış 12 nəfərin ərizəsi daxil olub. İstisna olunmur ki, aldadılmış vətəndaşların sayı arta bilər.

Adı çəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 maddələri ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR