Bərdə sakini bıçaqlanıb

Bərdə sakini bıçaqlanıb
# 30 iyul 2014 13:29 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, çay evlərindən birində bir neçə yeniyetmə və gənc arasında söyüş işlədilməsi nəticəsində münaqişə yaranıb. Nəticədə rayon sakini, 18 yaşlı Aqşin Əliyev bıçaqlanıb. İki bıçaq yarası alan Aqşin Əliyev Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisəni törədən yeniyetmənin yaşı az olduğu üçün adı açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR