Bank Of Baku

Media eksperti: Süni intellektlə edilən kiberdələduzluq halları ilə mübarizə aparmaq olduqca çətindir

"Dharana Digital" şirkətinin direktoru (SFHEA), süni intellekt və sosial media üzrə ekspert Karen Sutherland

© APA | "Dharana Digital" şirkətinin direktoru (SFHEA), süni intellekt və sosial media üzrə ekspert Karen Sutherland

# 13 iyul 2026 16:28 (UTC +04:00)

"Süni intellekt texnologiyalarının inkişafı ilə gələcəkdə dezinformasiya və kiberdələduzluq risklərinin daha da artacağı gözlənilir".

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Dharana Digital" şirkətinin direktoru (SFHEA), süni intellekt və sosial media üzrə ekspert Karen Sutherland IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq hansı məzmunun real, hansının isə süni intellekt vasitəsilə yaradıldığını müəyyən etmək getdikcə çətinləşir.

"Deepfake (saxta media) texnologiyaları vasitəsilə audio materiallar hazırlanır, insanların səsi təqlid edilir, hətta telefon zəngləri zamanı onların adından danışmaq mümkün olur. Süni intellekt agentləri insanlar haqqında böyük həcmdə məlumat toplayaraq onların davranışlarını təhlil edə bilir. Bu texnologiyalar işimizi xeyli asanlaşdırsa da, kiberdələduzluq məqsədilə də istifadə oluna bilər.

Araşdırmalarıma görə, belə hallardan birində yerli hökumət qurumlarından biri təxminən 2 milyon dollar məbləğində dələduzluq əməliyyatının qurbanı olub. Hücum kifayət qədər inandırıcı qurulduğundan buna etibar edilib. Məhz buna görə də bu problemlə mübarizə aparmaq olduqca çətindir.

Avstraliya sosial şəbəkələrin tənzimlənməsi istiqamətində ciddi addımlar atan ilk ölkələrdən biridir. Bu, olduqca mürəkkəb və ciddi bir prosesdir", – Karen Sutherland bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR