Azərbaycan NATO-nun Əfqanıstana dair yeni missiyasında tərəfdaş kimi qəbul edilib

Azərbaycan NATO-nun Əfqanıstana dair yeni missiyasında tərəfdaş kimi qəbul edilib
# 05 dekabr 2012 16:02 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni missiyanın əsas vəzifələri təlim, məsləhət və yardımdan ibarət olacaq.

NATO-nun etibarlı və sadiq tərəfdaşı olaraq, habelə ISAF əməliyyatına verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq, NATO tərəfindən Azərbaycan bu missiyada potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib. Bundan sonra, Azərbaycan yeni missiyanın planlama prosesində iştirak edəcək.

Hazırkı mərhələdə Azərbaycandan başqa yalnız 7 tərəfdaş dövlət – Avstraliya, Gürcüstan, Yeni Zelandiya, Ukrayna, Finlandiya, İsveç və Monteneqro potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR