Elşad İskəndərov: “Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də əksini tapıb”

Elşad İskəndərov: “Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də əksini tapıb”
# 19 dekabr 2012 10:40 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekununda imzalanacaq Bakı Platforması dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət şəbəkənin yaradılmasını nəzərdə tutur.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov söyləyib.

E.İskəndərov deyib ki, bu şəbəkə dünyanın müxtəlif yerlərində davamlı olaraq ortaya çıxan təhdidlərə qarşı ardıcıl mübarizə aparacaq: “Azərbaycanın təklifi ilə Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də ümumbəşəri təhdid kimi əksini tapıb”.

E.İskəndərov Türkiyə Diyanət İşləri Bakanlığı və BMT ilə imzalanan anlaşma memorandumu ilə də bağlı danışıb: “Türkiyə ilə imzaladığımız sənəd elm və təhsil sahəsində mübadiləni nəzərdə tutur. Eyni zamanda Azərbaycan və Türkiyə Avropada və qərbdə İslamofobiyaya qarşı birgə mübarizə aparacaq. BMT ilə imzaladığımız sənədə gəlincə, BMT yaxın vaxtlarda üç Avropa ölkəsində tolerantlıqla bağlı tədbir keçirəcək. Bu tədbirlərdə bizim dini komitə BMT-nin tərəfdaşı qismində çıxış edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR