İranlı general: «Patriot raketlərini yerləşdirmək Türkiyəyə baha başa gələcək»

İranlı general: «Patriot raketlərini yerləşdirmək Türkiyəyə baha başa gələcək»
# 04 dekabr 2012 04:42 (UTC +04:00)

Bakı-APA. İranın Ali dini rəhbəri Seyid Əli Xameneyinin hərbi müşavirlərindən olan general Yədullah Civani, Türkiyənin Suriya böhranı başlayandan Qərbi və sionistlərə aldandığını və silahlı qrupları ölkəsində silahlandıraraq Suriya böhranının şiddətlənməsində önəmli rol oynadığını iddia edib. Bu barədə APA Türkiyə KİV-nə istinadən bildirir.

Civani, Patriot raketlərinin Türkiyənin təhlükəsizliyini təmin etməyəcəyini bildirib. Civani, Patriot raketlərinin Suriyaya müdaxilə üçün zəmin hazırlayacağını da bəyan edib. "Türkiyə Patriot raketlərini yerləşdirməklə böyük səhvə yol verir. Bu qərar ona baha başa gələcək", deyə general bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR