ABŞ-a ərzaq məhsulları ixrac edən şirkətlər Ərzaq və Dərman Administrasiyasında qeydiyyatlarını yeniləməlidir

ABŞ-a ərzaq məhsulları ixrac edən şirkətlər Ərzaq və Dərman Administrasiyasında qeydiyyatlarını yeniləməlidir
# 13 dekabr 2012 07:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın ərzaq məhsullarının təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi haqqında qanuna əsasən, qida, içki və digər ərzaq məhsulları ixrac edən şirkətlər ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) ilə qeydiyyatlarını 1 oktyabr – 31 dekabr 2012-ci il tarixləri çərçivəsində və daha sonra isə, hər iki ildən bir yeniləməlidir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, əgər qeydiyyat yenilənməsə, ABŞ ölkəyə idxalı qadağan edə bilər. Eyni zamanda, qeydiyyat ilə bağlı müvafiq yazışmalar üçün ixracatçılar ABŞ agentlərindən istifadə etməlidirlər.

Bununla əlaqədar, ABŞ-ın «Registar Corp» şirkəti müraciət edərək, Azərbaycanın ixracatçıları üçün qeyd edilən qanun ilə əlaqədar, müvafiq qeydiyyat məsələləri üçün öz xidmətlərini təklif edir.

Əlaqə telefonu: +1-757-224-0177.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR