ABŞ-ın ən nüfuzlu 10 lobbist təşkilatı sırasında iki erməni lobbi qurumu var

ABŞ-ın ən nüfuzlu 10 lobbist təşkilatı sırasında iki erməni lobbi qurumu var
# 14 dekabr 2012 08:05 (UTC +04:00)

APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, “Time to Analyze” analitik portalının qənaətinə görə, Amerika Erməni Milli Komitəsi (ANKA) ölkənin ikinci ən güclü lobbi təşkilatıdır. Erməni mətbuatı yazır ki, ANKA-nın fəaliyyəti sayəsində ABŞ təkcə Ermənistana deyil, Dağlıq Qarabağdakı separatçı rejimə də əvəzsiz maliyyə yardımı göstərməkdə davam edir. ABŞ-dan ən çox maliyyə və hərbi yardımlar alan ölkələr siyahısında Ermənistan İsraildən sonra ikinci yeri tutur.

Amerika Erməni Assambleyası isə nüfuzuna və təsirinə görə ABŞ-da ikinci ən böyük erməni lobbi təşkilatıdır. Assambleya uzun illər ictimaiyyəti erməni məsələləri ilə bağlı məlumatlandırıb. Bu təşkilatın sayəsində etnik ermənilərin ölkədə gedən demokratik proseslərdə, Ermənistan və Dağlıq Qarabağa ianələrin toplanmasında iştirak səviyyəsi artıb.

Qeyd edək ki, lobbist təşkilatların reytinqi ABŞ-ın nüfuzlu «Business Pundit» и «American Politics Research» nəşrlərinin araşdırmalarının tədqiqi sayəsində hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR