OPEC baş katibinin vəzifə müddəti 1 il də uzadılıb

OPEC baş katibinin vəzifə müddəti 1 il də uzadılıb
# 14 dekabr 2012 10:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) yeni baş katibi hələ də seçə bilməyib”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın neft naziri Rüstəm Qasımi deyib.

O, OPEC-in baş katibi üçün İranın namizədliyini geri götürməsi ilə bağlı yayılan xəbəri də təkzib edib: “Bu doğru deyil. Hələlik təşkilata yeni baş katib müəyyən edilməyib. Bu vəzifə üçün İran, İraq və Səudiyyə Ərəbistanı arasında rəqabət var. Yeni baş katib seçilmədiyinə görə OPEC üzvləri indiki baş katibin vəzifə müddətinin 1 il də uzadılmasına səs veriblər”.

Qeyd edək ki, OPEC-in yeni baş katibi ilə bağlı son qərar təşkilatın dekabrın 12-də Vyanada keçiriləcək konfransında verilməlidir. Hazırda bu vəzifəni təşkilatın liviyalı təmsilçisi Abdullah Səlim əl-Bədri icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR