Həbsdəki ilahiyyatçı barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Həbsdəki ilahiyyatçı barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb
# 21 dekabr 2012 15:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdəki ilahiyyatçı Cavid Məmmədov barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu barədə APA-ya vəkil Cavad Cavadlı Məlumat verib. C. Cavadlı cinayət işinin materiallarının baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərildiyini deyib. Cinayət işi hakim Şahin Abdullayevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Cavid Məmmədov oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri barəsində olan qərardan apellyasiya şikayəti verilsə də, məhkəmə təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR