Azərbaycanda yaxın 8 ildə orta aylıq əmək haqqı 80% artacaq

Azərbaycanda yaxın 8 ildə orta aylıq əmək haqqı 80% artacaq
# 03 dekabr 2012 10:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesablamalarına əsasən, 2020-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 684 manat və ya bu günə nisbətən 1,8 dəfə artıq olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib.

Dövlət Sosial Müdafiə Fondunda aparılan aktuar hesablamalara əsasən, 2020-ci ilədək Azərbaycanda istehlak qiymətlərinin indeksi, yəni orta inflyasiya ildə 4% olacaq. Muzdla işləyənlərin orta illik sayı 2 mln. nəfər və ya iqtisadi aktiv əhalinin 42%-i qədər, (hazırda 31,7%-dir), sərbəst məşğul əhalinin orta illik sayı 2,8 mln. nəfər, bir işçiyə hesablanan orta aylıq əmək haqqı isə 684 manat təşkil edəcək.

Qeyd edək ki, 2012-ci il noyabrın 1-ə olan məlumata görə, ölkə üzrə orta aylıq əmək haqqı 388,2 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR