Firəngiz Əlizadə: “Gələcəkdə kimlərisə Bəstəkarlar İttifaqının üzvlüyündən xaric edə bilərik”

Firəngiz Əlizadə: “Gələcəkdə kimlərisə Bəstəkarlar İttifaqının üzvlüyündən xaric edə bilərik”
# 14 dekabr 2012 14:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. İttifaq rəhbəri qeyd edib ki, üzvlüyə qəbul edilənlər arasında gənclər üstünlük təşkil edir.

Bəzi ittifaq üzvlərinin məsuliyyətsizliyinə toxunan Firəngiz Əlizadə bunu təşkilatın ağrılı yeri adlandırıb: “Bu günə kimi bir çox hallara baxmayaraq biz heç kimi üzvlükdən xaric etməmişik, amma gələcəkdə bu, ola bilər. Bu ittifaqa üzv olmaq üçün mütləq şəkildə musiqi ali təhsilini bitirmək, sonra müstəqil şəkildə iki simfoni partetura yazmaq və bizim şöbələrə təqdim etmək lazımdır. Məhz bundan sonra təqdimatlara baxılır. Amma bu gün təəssüfləndirici məqam ondadır ki, şəhərin mərkəzində yerləşən Bəstəkarlar İttifaqının qarşısından gün ərzində bir neçə dəfə keçən bəstəkar və musiqiçilər bir dəfə də olsun içəri keçmirlər. Hər bir bəstəkarda, musiqiçidə müəyyən məsuliyyət olmalıdır. İttifaqın hər bir üzvü mütləq şəkildə 5 il ərzində yeni əsərlərlə çıxış etməlidir. İttifaqımızın 179 fəal üzvü var. Amma bu hal acınacaqlıdır”.

ABİ sədri Azərbaycan telekanallarında klassik musiqiyə yalnız gecə saatlarında yer verilməsinə də münasibət bildirib. F. Əlizadə qeyd edib ki, bir neçə il bundan əvvəl məhz bu problemlə bağlı Bəstəkarlar İttifaqı bütün yerli televiziyalara müraciətlər edib: “Müraciətimiz televiziyalarda klassik musiqilərə daha uyğun vaxtda zaman ayırmaları ilə bağlı idi. Lakin bu müraciətimə yalnız iki yerli televiziya kanalından müsbət cavab aldıq. AzTV və İctimai Televiziyadan. Digər telekanallar isə özəl olduqlarının əsas gətirərək, bizdən bunu etmək üçün pul belə istədilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR